ÜST rəsmisi: Azərbaycan səhiyyəsində pullu xidmətləri azaltmağa çalışırıq

0
219

Azərbaycanda 30-70 yaşlarında yoluxucu olmayan xəstəliklərə düçar olan şəxslərin ölüm göstəricisi 22 faizdir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ölkə üzrə ofisinin rəhbəri Hande Harmançı deyib.

Onun sözlərinə görə, bu xəstəliklərdə ən vacib risk faktoru qan təzyiqinin, şəkərin yüksəlməsi, artıq çəki və siqaret aludəçiliyidir:

“Bu xəstəliklərin idarə edilməsi və bu səbəbdən ölüm sayının azalması üçün ən vacib amil ilkin səhiyyə xidmətlərinin gücləndirilməsinə diqqəti artırmaqdır. Azərbaycan səhiyyə sisteminin, xüsusilə ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi üçün ciddi addımlar atılır.

Mərhələli şəkildə atılan addımlardan biri də səhiyyə sisteminin gücləndirilməsi, pullu xidmətlərin azaldılması və səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasıdır”.

H.Harmancı onu da əlavə edib ki, ÜST-nin Azərbaycandakı nümayəndəliyi səhiyyə sistemində dəyişikliklərlə bağlı Azərbaycan hökumətini dəstəkləmək üçün mütəxəssislərdən ibarət missiya ölkəyə səfər edib:

“Missiya ilkin səhiyyə xidmətlərini modernləşdirmək və gücləndirmək üçün çalışır. ÜST bu məsələdə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi başda olmaqla, Azərbaycan hökumətinə bütün mümkün köməkliyi göstərməyə hazırdır”.