Sakit Okeanda güclü zəlzələ

0
146
Şimal Marian adalarının sahillərinin yaxınlığında Sakit Okeanda 5,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə ABŞ Geoloji xidməti (USGS) bildirib.

“UTC” vaxtı ilə saat 18:00-da qeydə alınan yeraltı təkanların episentri, Anataxan adasından 76 kilometr şimal-şərqdə, ocağı isə 49 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.