Prezident DİN-ə yeni səlahiyyət verdi

0
465


 

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib.

Bu barədə Prezident İlham Əliyevin imzaladığı “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanda edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, baytarlıq fəaliyyətinin təşkili sahəsində karantin və məhdudiyyət tədbirləri ilə əlaqədar xəstəliklə yoluxma zonasında təcrid rejiminin saxlanılması məqsədilə Daxili İşlər Nazirliyinin iştirakı, Nazirlər Kabinetinin qərarı ilə birgə karantin polis və baytarlıq nəzarəti postları qoyula bilər.