Oğuzda meşədə baş verən yanğının söndürülməsinə 1 təyyarə, 2 helikopter cəlb edilib

0
163

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə, meşədə yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən bildiriblər ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi, 2 ədəd helikopteri cəlb edilib.