Son dünya faciələri

0
148

Növbəti miqrant faciəsi

Liviya sahillərində miqrantları daşıyan gəmi batıb.

Bunu BMT-nin qaçqınlar üzrə ali komissarının idarəsinin nümayəndəsi Çarli Yaskli bildirib.

Onun sözlərinə görə, gəminin batması nəticəsində 40-a yaxın miqrant həlak olub və ya itkin düşüb.

Qeyd edilir ki, təxminən 60 miqrant xilas edilib.

Taliban 11 Əfqanıstan polisini öldürdü

“Taliban” radikal silahlıları ilə döyüşdə azı 11 Əfqanıstan polisi öldürülüb, eyni sayda insan yaralanıb.

Toqquşma bazar ertəsi günü Şimal bölgəsindəki Cəvzcan əyalətində baş verib. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, Taliban bir neçə keçid məntəqəsinə bir sıra hücumlar həyata keçirib.

Qarşı tərəfdən isə üç təcavüzkar öldürülüb, daha üç nəfər yaralanıb.