Macarıstanda “Coca-Cola” homoseksuallığın təbliğində günahlandırıldı

0
195

Macarıstan konservativ partiyasının üzvü İştvan Boldoq “Coca-Cola”nın yeni reklamında eynicinsli azlıqların təbliğatına görə şirkətin məhsullarını boykot etməyə çağırıb.

Siyasətçi bu çağırışı “Facebook” səhifəsində edib.

O bildirib ki, “Coca-Cola” bütün provakasiya yönümlü plakatlarını yığışdırmalıdır.

Reklam kompaniyasına aid olan plakatlarda “Sevgi elə sevgidir”, “Şəkərsiz və tənqidsiz” şüarları əks olunub.

Siyasətçiləri içtimaiyyət də dəstəkləyib. İnternet şəbəkəsində plakatları yığışdırmaq tələbli petisiyanın altında 17 min insan imza atıb.