İranda soydaşlarımızın yaşadığı vilayətlərdə Azərbaycan dili tədris olunacaq

0
208
Bu ildən etibarən İranda Azərbaycanlıların yaşadığı vilayətlərdə Türk dili (Azərbaycan dili) tədris olunacaq.
Bu haqda məlumatı tanınmış təhsil eksperti Kamran Əsədov verib:
“Bunu İranın Təhsil Naziri Məhəmməd Bəthai (bir ay öncə istefa verdi, amma hələ vəzifəsində qalıb) deyib.
Deməli, Təhsil nazirinin əmrinə əsasən ana dili təhsili birinci orta məktəbin dördüncü və doqquzuncu siniflərində tədris olunacaq. Dərslər həftədə 4-cü siniflərə 3 saat, 9-cu siniflərə 2 saat keçiriləcək.
Şərqi Azərbaycan Respublikası əyalətinin Təhsil direktoru Cəfər Paşaye bildirmişdir ki, “Bu ilin oktyabr ayında məktəblərin açılışı ilə Şərqi Azərbaycanın məktəblərində türk dili tədrisi pilot olaraq tədris ediləcəkdir”.”