İNK-nın ən kiçik fəxri üzvü Zəhra Cavadlının ad günüdür – FOTO

0
353

Bu gün İctimai Nəzarət Koalisiyasının ən kiçik fəxri üzvü Zəhra Cavadlının ad günüdür!

Şuşa şəhər 1 saylı tam orta məktəbin 2-ci sinif şagirdi Zəhra 4 yaşından karate ilə məşğuldur. 6 yaşından yarışlarda iştirak edən Zəhra bu ilin ən yaxşı idmançısı olub. Klublar arası Respublika və Beynəlxalq turnirlərin qalibi olan bu kiçik idmançı qız bu il Bakıda keçirilən 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 13 ölkə arasında Karate-do üzrə Beynəlxalq yarışda 1-ci yerə layiq görülüb. Heydər Əliyevin doğum gününə həsr olunmuş 9 ölkə arasında Naxçıvan open yarışında da Zəhra 1-ci yerin sahibi olmuşdur.

Ad günü münasibətilə Zəhra balanı İctimai Nəzarət Koalisiyasının kollektivi təbrik edir, ona idmanla yanaşı, həyatında da bol-bol uğurlar arzulayır.

“ictimaixəbər.az”