Hər məktəbə bir it verildi- SƏBƏB…

0
186

Hər məktəbə bir it verildi.
Moderator.az xəbər verir ki, Türkiyənin Trabzon şəhərində küçə itlərinə sahib çıxmaq üçün maraqlı bir layihəyə start verilib. Layihə çərçivəsində hər məktəbə bir it verilib. Şagirdlər tərəfindən qulluq edilən itlər isə onların sevimlisinə çevirilib.
Bildirilir ki, artdıq 40 ədəd it məktəblərə paylanılıb. Ekspertlər düşünürlər ki, bu isə şagirdlərdə heyvanlara qarşı sevgi aşılamaqla yanaşı, onların küçə itləriylə bağlı maariflənmələrinə kömək edəcək.