Ev Gündəm Göyçayda içməli su bu vəziyyətdədir – Foto

Göyçayda içməli su bu vəziyyətdədir – Foto

0
469

Göyçayda içməli su bu vəziyyətdədir

Göyçayda içməli suyun keyfiyyətində ciddi problem yaranıb.

Göyçayın ən böyük kəndlərindən olan Qarayazı, Qaraməryəm,Yekəxana və digər kəndlərə gedən içməli suyun rəngi dəyişib. Yerli sakinlərin sözlərinə görə, içməli suyun çirklənməsinə səbəb İsmayıllı rayon Kürdmaşı kəndində olan zavoddan atılan tullantılardır. Kənd sakinləri yerli icra nümayəndəsi və bələdiyyəyə müraciət edib. Hazırda hüquq-mühafizə orqanları su mənbəyinə yaxın əraziyə atılan tullantılara baxış keçirir.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügedən kəndlərə verilən su Göyçay rayonundan deyil, arx və çaylardan gələn sudur. Sözügedən ərazidə verilən suyun keyfiyyətinə qurum cavabdeh deyil.