Dövlət Departamenti Suriyadakı atəşkəs razılaşmasını alqışlayır

0
444

ABŞ hakimiyyəti Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətində Suriya qoşunları ilə ölkənin silahlı müxalifət dəstələri arasında əldə olunan atəşkəs razılaşmasını alqışlayır.

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morgan Ortequsun verdiyi açıqlamada deyilir.

“ABŞ Suriyanın şimal-qərbində atəşkəs elan edilməsi barədə xəbəri alqışlayır. Çünki mülki şəxslərə və mülki infrastrukturlara hücumların dayandırılması həqiqətən vacibdir. Bu vacib məqsədə çatmaq üçün göstərilən bütün səylərə görə minnətdar olacağıq”-deyə, açıqlamada qeyd olunub.

Ortequs eyni zamanda ABŞ-ın atəşkəs rejimini bərpa etmək üçün birlikdə çalışan Türkiyə və Rusiyanın səylərini də yüksək qiymətləndirdiyini qeyd edib.