Daha bir ölkədə milyonlarla müsəlman üçün həbs düşərgələri qurulacaq- SOS!..-FOTOLAR 

0
169

Artıq onlarla insan qorxusundan intihar edib…

Bir sıra qonşu ölkələrdə olduğu kimi, Hindistanda da müsəlmanların bu günkü zülmlərinə əsas səbəb Qərbin, xüsusən Böyük Britaniyanın orta əsrlərdən bəri yeritdiyi iyrənc müstəmləkəçi siyasətdir…

Hindistanda böyük əksəriyyəti müsəlman olan 4 milyondan çox insanın qanunsuz mühacir kimi tanınması və yeni həbs düşərgələrinə yerləşdirilməsi riski yaranıb.
Myanma və Banqladeşlə həmsərhəd olan Assam əyalətində  Hindistan vətəndaşlığına dair sənədləri olmayan insanlara qarşı əsl ov başlayıb.  Belə  ki, bölgədə siyahıyaalma və vətəndaşların qeydiyyatı aparılıb və nəticədə bir neçə milyon assamlıya Hindistan vətəndaşlığının verilməsi rədd edilib. Dövlətin vətəndaş kimi tanımadığı şəxslərin çoxu müsəlmanlardır.
Vətəndaşların reyestrinə daxil olmaq üçün assamlılar əcdadlarının 1971-ci ilə qədər Hindistanda yaşadıqlarına dair sənədli sübutlar təqdim etməli idilər. Bu isə kənd yerlərində çoxları üçün imkansız bir iş halına gəlib. Yüzlərlə Assam sakini artıq “qanunsuz mühacir” kimi həbs edilib, onlarla insan isə Myanma və ya Banqladeşə deportasiya olunmaq qorxusundan intihar edib. Sənədləri olmayanlar, ehtimal ki, Hindistan hakimiyyətinin qurmağı planlaşdırdığı həbs düşərgələrinə düşəcək və daha sonra  öz doğma vətənlərindən qovulacaqlar.
Vətəndaşların sənədləşdirilməsi prosesinin avqustun 31-də başa çatacağı gözlənilir və bu tarixdən sonra milyonlarla Hindistan müsəlmanına qarşı repressiyalar başlanacaq.
P.S. Myanma, Banqladeş, Pakistan, Əfqanıstan və s. qonşu ölkələrdə olduğu kimi, Hindistanda da müsəlmanların bu günkü zülmlərinə əsas səbəb Qərbin, ABŞ-ın və xüsusən Böyük Britaniyanın orta əsrlərdən  bəri bölgədə yeritdiyi iyrənc, qeyri-insani müstəmləkəçi siyasətdir…