Çinin cənubunda 9 ballıq tropik fırtına hökm sürür

0
178

“Wipha” adlı tropik fırıtna Cənubi Çindəki Xaynan adasını vurdu. Fırtına özü ilə ğüclü külək və leysan yağışları gətirdi.

Yerli hakimiyyət orqanları 16 min xilasedici və 6 minə yaxın texnika səfərbər edib.

Fırtınanın mərkəzində küləyin sürəti saniyədə 23 metrdən güclüdür ki, bu da Bofort cədvəli ilə 9 bal gücündə qiymətləndirilir.

Cənubi Çinin böyük hissəsi 3 gün ərzində leysan yağışlara tuş gələcək. Əhali təbii fəlakət haqqında qabaqcadan məlumatlandırılıb.