Sərnişin avtobuslarında kondisioner işləmir

0
480

Sumqaylt şəhərində sərnişin daşınması ilə bağlı “Pilot layihəsi” 3 il bundan öncə ölkə prezidentinin tapşırığı ilə həyata keçirilməyə başlanılmışdır. Təəsüflər olsun ki, son günlər 30 nömrəli Sumqayıt- Hacı Zeynalabdin qəsəbəsi istiqamətində işləyən avtobusların kondinsonerlərinin işləməməsində sərnişinlərin həqiqi narazılığını görürük. İsti hava şəraitində işləyən avtobusların açılıb – bağlanan yan şüşələri yox dərəcəsindədir.

İctimai Nəzarət Koalisiyası Nəqliyyat və Rabitə sahələrinə nəzarət departamentinin sədri Bayram Şərifov bu barədə məlumat verərək bildirmişdir:  “Bu müəssənin rəhbərliyi nə fikirləşir bilmirəm, yəqin ki, bu marşurut xətti hər hansı sahibkara məxsus olsaydı, belə vəziyyət çoxdan həllini tapmışdı. Çünki sahibkar məsuliyyəti dövlət qarşısında daha güclüdür”.

“ictimaixəbər.az”