Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı – Fotolar

0
436

Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı

Rusiyanın məşhur azərbaycanlı aparıcısı Nailə Əsgər-zadə Moskva vilayətinin Rublyovka bölgəsindəki 45 milyon dollar dəyərində olan 43 min kv.m-lik torpaq sahəsini satıb.

Aparıcı bu qərara mülkü haqda KİV-də materialların dərc olunmasından sonra gəlib. Əsgər-zadənin torpaq sahəsini “Qodovari Development” kompaniyası alıb.

Xatırladaq ki, bir müddət əvvəl “Proyekt” nəşri N. Əsgər-zadənin 45 milyon dollar dəyərində 43 min kv.m-lik torpaq sahəsi aldığı haqda xəbər vermişdi. Aparıcı sahəyə ötən ilə sahiblənsə də, jurnalistlərə açıqlamasında həmin ərazinin ona məxsus olmadığını demişdi.

Qeyd edək ki, N. Əsgərzadə “Rossiya 1” telekanalında çalışır.