Ananın donorluğu ilə keçirilən böyrəkköçürmə əməliyyatı 19 yaşlı qızın həyatını xilas edib

0
478

Uzun müddət xroniki böyrək çatışmazlığından əziyyət çəkən və mütəmadi hemodializ seansları qəbul edən gənc qızda kaxeksiya inkişaf etmişdi. Maddələr mübadiləsinin pozulduğuna görə orqanizmdə ümumi zəiflik fonunda, son zamanlar yemək belə yeyə bilməyən xəstədə proqressiv arıqlama baş vermiş və çəkisi 40 kiloqrama düşmüşdü.

Respublika Müalicəvi Diaqnostika Mərkəzindən  verilən məlumata görə, ağır vəziyyətdə klinikaya müraciət edən 19 yaşlı xəstə üzərində böyrəkköçürmə əməliyyatı aparılması barədə qərar verilib. Əməliyyat mərkəzin cərrah-uroloqu, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolanın rəhbərliyi ilə aparılıb. Donor xəstənin 40 yaşlı anası olub.

Uğurla aparılan əməliyyatdan sonra köçürülmüş böyrək normal fəaliyyət göstərməyə başlayıb və xəstənin çəkisində ciddi yaxşılaşma müşahidə edilib.