Amerikalı xəyali gitarada ifa üzrə dünya çempionu oldu – VİDEO

0
414
Winner, Rob "The Marquis" Messel of the U.S., performs during the Air Guitar World Championships final in Oulu, Finland August 23, 2019. Lehtikuva/Eeva Riihela via REUTERS ATTENTION EDITORS - THIS IMAGE WAS PROVIDED BY A THIRD PARTY. NO THIRD PARTY SALES. NOT FOR USE BY REUTERS THIRD PARTY DISTRIBUTORS. FINLAND OUT. NO COMMERCIAL OR EDITORIAL SALES IN FINLAND.
Winner, Rob “The Marquis” Messel of the U.S., performs during the Air Guitar World Championships final in Oulu, Finland August 23, 2019. Lehtikuva/Eeva Riihela via REUTERS ATTENTION EDITORS – THIS IMAGE WAS PROVIDED BY A THIRD PARTY. NO THIRD PARTY SALES. NOT FOR USE BY REUTERS THIRD PARTY DISTRIBUTORS. FINLAND OUT. NO COMMERCIAL OR EDITORIAL SALES IN FINLAND.

Cümə günü Finlandiyanın Oulu şəhərində xəyali gitarada ifa üzrə illik dünya çempionatı keçirilib.

Birinciliyi bu dəfə münsiflər heyəti tərəfindən  ən yüksək qiymətləri alan ABŞ nümayəndəsi “Markiz” Rob Messel əldə edib.

Yarışı izləmək üçün şəhərin mərkəzi meydanı olan Rotuaaridə ümumilikdə  3 min nəfər toplaşmışdı.

Qeyd edək ki, qaydalara əsasən, finalda iştirakçılar iki raundda iki kompozisiyanın müşayiəti altında xəyali gitarada ifa göstərməlidirlər. Kompozisiyaların hər birinin müddəti 60 saniyədir.

Birinci kompozisiya “gitaraçı” tərəfindən müstəqil seçilir, ikincini isə təşkilatçılar təklif edirlər və musiqiçi onu ilk dəfə yalnız səhnədə eşidir.

Çempionatın qalibinə mükafat qismində fin ustaları tərəfindən hazırlanmış əsl gitara təqdim olunur.