Ağırçəkili evindən çıxmaq üçün FHN-ə zəng etdi

0
160

 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Nərimanov rayonunda ağırçəkili 1 nəfərin yaşadığı mənzilindən çıxarılaraq aşağı endirilməsi üçün müraciət daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşı doqquzmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsindən aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər.