ABŞ-dan uyğurlarla bağlı Çinə çağırış: Dayandırın!

0
450

Çin uyğurlara yönəlik basqıları ilə beynəlxalq hüquq normalarını pozur.
Bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo Tvitter mikrobloqunda yazıb.
“Sintzyan-Uyğur Muxtar rayonunda uyğurların kütləvi həbsi və itkin düşməsi ilə bağlı etibarlı hesabatlar gəlməkdədir. Çinə beynəlxalq hüquq normalarına və öz konstutision quruluşuna zidd bu addımlara son verməklə bağlı çağırışımı yeniləyirəm”, – deyə Dövlət katibi bildirib.