45 il insan ayağı dəyməyən şəhər… – Fotolar

0
539

45 il insan ayağı dəyməyən şəhər...

Şimali Kiprin Maraş şəhəri insan həyat üçün açıq elan ediləcək.

Türkiyənin Ədliyyə naziri Abdulhamit Gül media nümayəndələri ilə bölgəyə səfər edərək burada dağılmış təsərrüfatın vəziyyətini nəzərdən keçirib.

Qeyd edək ki, Maraş Kipr Sülh Hərəkatından sonra Şimali Kipr tərəfindən hərbi bölgə elan edilib. O dövrdə təhlükəsizlik üçün ərazidə yaşayan əhali təxliyyə olunub. 1974-cü ildən insan həyat üçün qapalı olan bölgənin təsərrüfatı tamamilə dağılıb. “Xəyallar şəhəri” adı ilə bütün dünyada məşhur olan Maraş qədim türklərin “Cənnət adası” saydıqları Kiprin ən dilbər guşələrindən biri kimi şöhrətli olub.