19 yaralı ilə bağlı – Səhiyyə Nazirliyindən AÇIQLAMA

0
194

Xəbər verdiyimiz kimi, Hacıqabul rayonunda “Mercedes” markalı sərnişin daşıyan avtomaşınla “Ford” markalı avtomobil toqquşub. 

Səhiyyə Nazirliyindən verilən ilkin məlumata görə, 19 yaralı var.

10 nəfər Şirvan, digər 9-u isə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Kürdəmir MRX-dan verilən məlumata görə, qəzadan sonra 6 qadın, iki kişi və bir azyaşlı oğlan gətirilib. Azyaşlının Bakıya Travmatologiya İnstituna (qolun amputasiyası), 2 kişinin isə Klinik Tibii Mərkəzə keçirilməsi qərara alınıb.

Şirvan MRX-da olan qadınların ikisində qapalı kəllə beyin travması etimal olunur. Yaralıların hamısına lazımi yardım göstərilir.