YYSİB-nin “Nəsimi İli” kulturoloji layihəsi qalib gəldi…

0
280

Azərbaycan Gənclər Fondundan xoş xəbər aldıq!

Gənclər Fondu gənclər təşkilatları üçün 12-ci qrant müsabiqəsinin nəticələrini elan etdi!

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi – #YYSİB – olaraq #AzGF-na təqdim etdiyimuz !Nəsimi İli” çərçivəsində kreativ layihəmiz uğur qazandı!

Təşəkkürlər, gənclərin və mədəniyyətimizin böyük dostu olan Azərbaycan Prezudenti İlham Əliyevə, AzGF rəhbərliyi ilə Müşahidə Şurasının üzvlərinə!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 oktyabr tarixli 451 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”na əsasən Azərbaycan Respublikasının Gənclər Fondu 4 iyun – 4 iyul 2019-cu il tarixlərində 12-ci qrant müsabiqəsini keçirmişdir.

Fondun Müşahidə Şurasının qərarına əsasən yerli layihələr üzrə 99, beynəlxalq layihələr üzrə 6 layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilmişdir. 12-ci qrant müsabiqəsinin qaliblərinin siyahısı ilə aşağıdakı aşağıdakı keçid vasitəsi ilə tanış ola bilərsiniz…

Qeyd 1: Nəzərinizə çatdırırıq ki, qrantın alınması məqsədilə bu gündən etibarən müsabiqədə qalib olmuş hər bir gənclər təşkilatı Gənclər Fondunun rəsmi internet saytına öz kod və şifrəsi vasitəsi ilə daxil olaraq müqavilənin elektron şəkildə razılaşdırılmasını həyata keçirə bilərlər. Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqələri çərçivəsində gənclər təşkilatı ilə Gənclər Fondu arasında qrant müqaviləsinin bağlanması üçün elektron sistemə daxil olaraq Xidmətlər bölməsindən istifadə edərək Müqavilə pəncərəsinə keçid edilməlidir.

Qeyd 2: Qrantın alınması məqsədilə müqavilələrin imzalanması üçün sənədlərin son göndərilmə tarixi 5 avqust 2019-cu il müəyyən edilmişdir.