Tuba ayrıldığı deyilən biznesmen sevgilisi ilə tutuldu – FOTO

0
499

Türkiyəli aktirsa Tuba Büyüküstünün biznesmen sevgilisi Umut Evirgenden ayrıldığı iddia edilirdi.

Cütlük ötən gün birlikdə görüntülənib.

İspaniyadan tətildən qayıdan sənətçi jurnalistlərin suallarını cavablandırıb.

“Tətilimiz çox gözəl keçdi. Qarşımızdakı mövsüm üçün bir neçə proyekt var. Amma hələ ki hansı serialda rol alacağım dəqiqləşməyib”, – aktrisa bildirib.

O, “Ottoman Rising” adı ilə “Netflix”də yayımlanması planlaşdırılan sənədli serialdakı obrazından da söz açıb:

“Uzun müddətdir ilk dəfə obrazdan bu qədər təsirlənmişəm. Sonuncu səhnədən sonra rolumdan çətinliklə ayrıldım. Güzgüyə baxıb, “bu qadını sonuncu dəfə görürəm” dedim və kostyumları çıxardım. Amma yaxşı iş gördüyümü düşünürəm”.

Qeyd edək ki, Tuba Büyüküstün Azərbaycanda “Ihlamurlar altında” serialı ilə məşhurlaşıb.