Trampın Türkiyə ilə bağlı planı… – Conson açıqladı

0
271

ABŞ Prezidenti Donald Trampla birgə prezident təyyarəsində səyahət edən respublikaçı senator Ron Conson Türkiyənin S-400-lər almasıyla bağlı jurnalistlərin suallarını cavablandırıb.

Consonun cavabını “Blomberq”in Ağ Ev üzrə xüsusi müxbiri Ceniffer Yakobs öz Tvitter səhifəsində paylaşıb.

“Sanksiyalar olacaq. Türkiyə F-35 istehsalından dərhal çıxardılacaq. Yəni Türkiyə üçün heç də yaxşı olmayacaq”, – deyə Conson deyib.