Sunay – ölümü gözəlləşdirən mələk – (Video)

0
761

Qardaşım Rasim Məmmədovun qönçə balası, 5 il bundan qabaq, elə bu gündəcə Ana torpağa etibar edilən Sunayın ölümünə…

O qaranlıq gecədə
Ulduzlar Ayı sevirdi,
Sənsə ölümü seçdin…

Ölüm səndən hürküdü,
Ölüm sənə aşıq oldu,
Sözə, şərqiyə çevrildin…

Göylər taleyinə elçı düşdü,
Bir mələyin yeri çatmırdi, –
Tanrı darıxmışdı səninçün…

Mələklər sevindi gəlişinə,
İnsanlar ağladı gedişinə,
Tanrı elə hey baxırdı uçuşuna…

Ananın qəlbindən atıldın,
Atanın sevgisindən getdin,
Göz yaşlarında yaşayırsan indi.

Yerdə son uçuşun idi,
Qanadı qırılmış mələk,
Cənnətdə indi yerin necədir?

Günlər sənsiz rəngsizdi,
Zaman qocalaraq dindi:
Ölüm Sunayla gözəlləşdi…

Bakı, 29.04.2017