Sərbəst güləşçilərimiz Türkiyədən dörd medalla qayıdır

0
214
Türkiyənin İstanbul şəhərində keçirilən sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turniri başa çatıb.
Təmsilçimiz Aleksandr Qostiyev (-86 kq) finalda Hindistandan olan rəqibinə qalib gələrək qızıl medala sahib çıxıb.
Daha bir legionerimiz Şamil Zubairovun (-92 kq) təsəllisi isə bürünc medal olub.
Qeyd edək ki, sərbəst güləş millimiz daha əvvəl də bir qızıl və bir bürünc medal qazanmışdı.