Röyanın 500 min dollarlıq villası satışa çıxarıldı – VİDEO + FOTOLAR

0
235
Xaçmazın Nabran kəndində o villanı hər kəs “Röyanın villası” kimi tanıyır. Yan-yörədəki istirahət mərkəzində çalışanlardan tutmuş, qatıqsatanlara, təndirdə çörək yapan qadınlara qədər. Bu və ya digər məkanı təsvir etmək üçün də belə nişan verirlər: “Röyanın villasından sola dönürsən, üzü yuxarı….”
Bu il durum fərqli idi. Çünki villanın hər tərəfindən qocaman hərflərlə yazılan “Satılır” elanı asılmışdı, üstündə də təbii ki, “zerkalnı” bir nömrə ilə. İnsanın ağlına bu nömrə yiyəsinin Röya olması gəlsə də, sonradan məlum olur ki, bu işi makler öz üzərinə götürüb.
Həm də təkcə bu evin alqı-satqısını yox. Çünki Nabran kəndindəki əksər ev, torpaq alqı-satqısı, ev kirayəsi elanlarının altında sözügedən nömrə qeyd olunmuşdu.
Röyanın satlığa çıxarılmış villasının yanından keçən hansı jurnalist onun içinə girib, foto, video çəkiliş etmək istəməz ki? İstəmirsə, demək jurnalist deyil. Amma öncə təcili bir ssenari uydurmaq lazım. Üst-başımız, altımızdakı maşın o villaya real müştəri olmaqla bağlı inandırıcılığı sıfırlayır.
O zaman burda işimiz nə? “Yağlı ssenari”nin ştrixləri – bir iş adamı Nabranda turizmlə məşğul olmaq istəyir. Bu evi satın alıb, oranı yay oteli kimi – ayrı-ayrı otaqlarını kirayə verməklə – fəaliyyətə keçirəcək. Biz də həmin iş adamının təmsilçiləriyik. Villaya baxıb, foto-videolarını çəkib, ona göstərəcək və yekun qərar verəcəyik.