Rəqibini 5 saniyədə məğlub edib rekorda imza atdı

0
210
Amerikalı döyüşçü Xorxe Masvidal UFC tarixində rekorda imza atıb. O, rəqibini 5 saniyə ərzində məğlub edib.
Hadisə Las-Veqasda keçirilən UFC 239 turnirində baş verib. Döyüşün əvvəlində həmvətənlisi Ben Askrenanın üstünə şığıyan Masvidal onu nokdauna salıb. Bundan sonra matç dayandırılıb.
Qeyd edək ki, bundan əvvəlki rekord amerikalı Dueyn Lüdviqə məxsus idi. O, 2006-cı ildə kanadalı Conatan Quleni 6 saniyə ərzində məğlub etmişdi.