“Qarabağ” “Milan”, “Fiorentina” və “Selta” ilə bir sırada

0
523

Avrokubokların I təsnifat mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb.

Cədvəldə qitənin 421 komandası yer alıb.
Azərbaycanın 7 klubu da UEFA reytinqinə daxil edilib. Ölkəmizin ən yaxşı təmsilçisi “Qarabağ”dır.
Çempionlar Liqasında mərhələ adlamağa nail olan Qurban Qurbanovun yetirmələri 19,000 xala malikdir. 3 pillə irəliləyən Azərbaycan çempionu 69-cu yerə şərikdir. Təmsilçimiz bu sıranı “Milan”, “Fiorentina” (hər ikisi İtaliya), “Selta” (İspaniya) ilə bölüşür.
Qeyd edək ki, siyahıya İspaniya klubları başçılıq edir. “Real” 121,000 xalla 1-ci, “Atletiko” 109 xalla 2-ci, “Barselona” 108 xalla 3-cüdür.
Siyahıda geriləyən “Qəbələ” “Hayduk”la (Xorvatiya) birlikdə 7,500 xalla 139-cu yerə şərikdir. 280-ci yerə yüksələn “Neftçi”, “Səbail”, “Kəpəz”, “Zirə” və “Keşlə” 3,250 xala malikdir.