Pişik kobraya qalib gəlib uşaqları xilas etdi – Video

0
266

Hindistanda evdə zəhərli ilan görən cəsarətli pişik ona qalib gələrək uşaqları xilas edib. Həmin görüntüləri “UPI” portalı yayımlayıb.  

Videodan da göründüyü kimi, pişik kobra ilə uzun müddət mübarizə aparır və onu evdən uzaqlaşdırmağa müvəffəq olur. Bununla da o, evdəki uşaqları zəhərli ilanın təhlükəsindən qorumağı bacarır.

Pişik heç bir xəsarət almayıb. O, bir neçə dəqiqə ərzində sosial şəbəkələrdə məşhurlaşıb. İzləyicilər onun addımından heyrətə gəldiklərini bildirib.