Nigeriya sahillərində Türkiyənin 10 dənizçisi qaçırılıb

0
220

Afrikanın qərbində yerləşən Nigeriya sahillərində göyərtəsində Türkiyənin 18 vətəndaşı olan gəmiyə hücum nəticəsində 10 dənizçi qaçırılıb.

Məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilib ki, Türkiyə bayrağı altında üzən “Paksoy-I” yük gəmisinə iyulun 15-də gecə saatlarında silahlı hücum nəticəsində Türkiyənin 10vətəndaşı qaçırılıb.