“Neftçi” tarixinin rekordlarına imza atıb

0
182

“Neftçi” tarixinin rekordlarına imza atıb

Bakının “Neftçi” klubu tarixinin yeni rekordlarına imza atıb.

Bu göstəricilər Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Arsenal”la Rusiyadakı qarşılaşmada rəsmiləşib.

1:0 hesabı ilə qalib gələn bakılılar kub tarixində ilk dəfə ardıcıl üç avrokubok matçında qələbə qazanıb. I təsnifat mərhələsində Moldovanın “Speranta” klubunu iki dəfə (3:0, 6:0) yenən “ağ-qaralar” qələbələrin sayını 3-ə çatdırıb. Bunadək “Neftçi” avrokuboklarda heç vaxt ardıcıl üç qələbə qazanmamışdı.

Bakılılar hər üç qələbəni quru hesabla qazanıb. Bu, klub tarixində daha bir rekorddur. “Neftçi” indiyədək heç vaxt ardıcıl üç avrokubok görüşündə qapısını toxunulmaz saxlamamışdı.

Bu iki göstərici yalnız klub tarixini əhatə edib, Azərbaycanın digər klublarının imza atdığı mütləq rekorddan geri qalır. Lakin “Neftçi” iki ölkə rekordunu da təkrarlayıb.

Paytaxt klubu ardıcıl 2 səfər qələbəsi qazanıb. Azərbaycan futbolu tarixində 5 dəfə belə hadisə yaşanmışdı. “İnter”lə (indiki “Keşlə”) “Qarabağ” hərəyə 2, “Neftçi” 1 dəfə iki oyunluq səfər seriyasına malik idi. Bakılılar əvvəl də imza atdığı bu göstəricini təkrarlayıb.

Bakı təmsilçisi tarixində ilk dəfə ardıcıl iki səfər matçında qapısını toxunulmaz saxlayıb. Bununla da “Qarabağ”ın iki, “İnter”lə “Karvan”ın bir dəfə imza atdığı rekord 5-ci dəfə qeydə alınıb.