Lukaşenko 6 min məhkumu əfv etdi

0
657
Россия. Москва. 23 декабря. Президент Белоруссии Александр Лукашенко на пресс-конференция после заседания высшего Евразийского экономического совета на уровне глав государств в Кремле. Алексей Дружинин/пресс-служба президента РФ/ТАСС

Lukaşenko təxminən 6 min məhkumu əfv etdi

Prezident Aleksandr Lukaşenko Belarusun faşist Almaniyasının işğalından azad olunmasının 75 illik yubileyi münasibətilə təxminən 6 min məhkumun əfv olunması barədə fərman imzalayıb.

Bu barədə Belarus dövlət başçısının Mətbuat xidməti məlumat yayıb.

Sənədə əsasən, amnistiya ağır və xüsusilə ağır cinayətlər törətməyən şəxslərə şamil ediləcək. Bu siyahıda isə yetkinlik yaşına çatmamış uşaqlar, hamilə qadınlar, qadınlar, himayəsində 18 yaşa qədər uşaq olan kişilər, pensiya yaşına çatmış şəxslər, I və II qrup əlilliyi, onkoloji xəstəlikləri olan şəxslər, müharibə veteranları, xidmət dövründə yaralanmış, Çernobıl qəzasından zərər çəkən şəxslər var.