“Little YARAT” və “Little Master” layihələrinin yekun sərgisi açılacaq

0
220

“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Little YARAT” və “Little Master” layihələrinin növbəti yarımillik fəaliyyətinin yekun sərgisi açılacaq.

Balaca fırça ustaları rəssamlar Babi Bədəlov və Vaciko Çaçxianinin əsərlərindən, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində isə Əşrəf Muradın “Sevgi və etiraz” sərgisindən ilhamlanaraq müxtəlif ustadların rəhbərliyi ilə çoxsaylı əsərlər yaradıblar.

Ziyarətçilər “YARAT” Müasir İncəsənət Mərkəzi və XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində hər iki layihənin növbəti yarımillik fəaliyyətinin yekun sərgisini izləməklə yanaşı, həm də maraqlı və əyləncəli proqramda iştirak edə biləcəklər.