Kreml: “Putin, Ruhani və Ərdoğan tezliklə görüşəcəklər”

0
194

Kremlin sözçüsü Dmitriy Peskov Rusiyanın prezidenti Vladimir Putin, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və İranın prezidenti Həsən Ruhaninin yaxın müddətdə Suriya mövzusu ətrafında görüşəcəklərini deyib.

Jurnalistlərə açıqlama verən Peskov, Putin və Ərdoğanın Osakadakı G20 sammiti çərçivəsində Suriya mövzusunda üçtərəfli bir görüşün keçirilməsi məsələsini müzakirə etdiklərini qeyd edib.

“Putin ilə Ərdoğan arasındakı görüşdə məsələ müzakirə olunub, görüşün tezliklə baş verəcəyinə dair bir razılaşma var”, – deyə o, bildirib.

Peskov yekun tarixlərin daha sonra müəyyən olunacağını söyləyib.