Hindistanda müsəlman boşanması qanunla qadağan edildi

0
431

Hindistan Parlamenti müsəlmanların “ani boşanma” təcrübəsini (üç dəfə “talaq”) qadağan edən qanun qəbul edib.

Qanuna əsasən bu əməl artıq cinayət tərkibli kimi müəyyən ediləcək və 3 il azadlıqdan məhrum edilməklə cəzalandırlacaq.

İslama görə, üç dəfə “talaq” deməklə kişi rəsmi prosedur olmadan öz həyat yoldaşı ilə nigahını poza bilər. Bu təcrübə 2017-ci ilin avqustunda Hindistanın Ali Məhkəməsinin qərarı ilə qanunsuz hesab olunub, lakin qadağa yalnız hökumətin fərmanı ilə nizamlanırdı.

Qeyd olunur ki, müxalifət uzun müddət bu qanunun qəbul edilməsinin əleyhinə çıxıb.