Günəş tutuldu – YENİLƏNİB + FOTO/VİDEO

0
202

Bu ilin ikinci Günəş tutulması hadisəsi başa çatıb.

Tam tutulma hadisəsi 4 saat 55 dəqiqə davam edib.

Bu ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi başlayıb.

AMEA Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu təbiət hadisəsi yerli vaxtla saat 20:55-də başlayıb və 3 iyul 01:50-də başa çatacaq.

Bildirilib ki, Günəş tutulması Yerin cənub yarımkürəsində – Çili, Argentina və Sakit okeanın cənubunda daha aydın görünür.

Qeyd edək ki, növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.