Güclü külək Bakıda 15 ağacı aşırıb, maşınlar əzilib – FOTO

0
273

İki gün ərzində Bakıda əsən güclü külək nəticəsində 15 ağac aşıb.

Bunu  Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, ağacların aşması nəticəsində üç maşına ziyan dəyib:

“Ağacların aşma halları paxtaxtın Yasamal, Binəqədi, Xətai, Nəsimi, Nərimanov və Səbail rayonlarında daha çox müşahidə olunub”.

O.Məmmədov qeyd edib ki, hazırda Birliyin əməkdaşları gücləndirilmiş rejimdə çalışırlar:

“Vətəndaşlar diqqətli olmalıdırlar. Sürücülərdən də xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında saxlamasınlar”.