Ermənistan “qaçqın yataqxanaları” salır: Dünya yeni yalanla üz-üzə….

0
225

Bəlli bir müddətdir ki, Azərbyacana qarşı uydurma soyqırım iddiası irəli sürən ermənilər dünyanı öz yalanalrına inandırmaq üçün yeni kampaniyaya start verib.

Ermənistanda qaçqın yataqxanalarının yaradılmasına start verilib. Yataqxanaların yaradılmasında məqsəd Azərbaycanın guya 1988-1991-ci illərdə ermənilər qarşı soyqırım törətdiyi, bunun nəticəsində “soyqırımdan” xilas olan şəxslərin və onların ailə üzvlərinin Ermənistana pənah gətirərək burada yerləşdirildiyi fikrini təbliğ etmək, dünyanı bu yalana inandırmaqdır.

Qocalar evi qaçqın yataqxanasına necə çevrilir?

Qaçqın yataqxanaları salmaq üçün özünü çox da əziyyətə salmayan rəsmi İrəvan, qocalar evi üçün nəzərdə tutulan bəzi binalardan bu təyinatla istifadə etməkdədir. Belə ki, yaşlı və kimsəsiz vətəndaşlarını vaxtiylə Azərbaycanda məskunlaşan ermənilər kimi təqdim edən İrəvan, onların yaxınlarının öldürüldüyü, özlərinin  isə zülm və işgəncəyə məruz qalması ilə bağlı yalanlar uydurmaqdadır.

Məlum yataqxanalara yaxın gələcəkdə əcnəbi turistlərin, eləcə də xarici ölklərin diplomatik nümayəndələrinin gəlişinin təşkil edilməsi gözlənilir.

Əcnəbi dillərdə sərhədlər aşan  yalan seli: 94 yaşlı iftiraçı, ölümü yalanla salamlayan Nora…

Son günlər “qaçqın yataqxanaları”nda məskunlaşan ermənilərdən “Bakı soyqırımı” ilə bağlı müsahibələr hazırlayan erməni jurnalistləri, bu məqalələri dünyanın aparıcı əcnəbi dillərinə çevirərək bütün bəşəriyyətə yaymaqda, dünyanı yeni yalanla üz-üzə qoymaqdadır. Bu günlərdə Nona adlı yataqxana sakinindən “soyqırımla” bağlı məqalə hazırlayan ermənilər, bu məqaləni ingilis dilinə çevirərək tirajlamaqdadır. Məqalədə Bakıdakı ermənilərin “kütləvi sürgün və işgəncəyə” məruz qaldığını bildirən 94 yaşlı Nora, yaxınlarının bir çoxunun “vəhşicəsinə öldürüldüyünü” iddia edir.

Noranın dilindən səslənən fikirlər rəsmi İrəvanın yalan və iftiranı dövlət siyasəti səviyyəsinə qaldırdığını bir kəs daha sübut edir. Odur ki, 94 yaşlı qocanı belə yalan danışmağa, onu hətta ölümü də yalanla salamlamağa məcbur edən  Ermənistanın bundan sonra da Azərbaycanla bağlı bir-birindən dəhşətli yalanlar uyduracağı şübhəsizdir.