Emin Ağalarov daha bir məşhur saytı aldı

0
305

Azərbaycan əsilli iş adamı və müğənni Emin Ağalarov məşhur “OK!” jurnalı və eyniadlı saytın yeni sahibi olub.

 

Bu barədə “Forbes”in mətbuat xidməti informasiya yayıb.

 

“Müqavilə cümə günü imzalanıb və ay ərzində yekunlaşdırılacaq. Məşhur nəşr və eyniadlı sayt JARA media holdinqinin aktivləri sırasına daxil olur”, – mətbuat xidmətindən bildirilib.

 

Emin Ağalarov nəşrin informasiya siyasətində heç bir dəyişiklik olmayacağını qeyd edib.

 

Dəyişikliklərin yalnız nəşrin idarəetmə strukturunda baş verəcəyi bildirilir.

 

Xatırladaq ki, JARA brendi 2016-cı ildə Emin Ağalarov tərəfindən yaradılıb. Ağalarov sözügedən brendin mülkiyyətçisidir. Sözügedən brendə daxildir: JARA telekanalı, JARA FM radiostansiyası, “Zhara Music” musiqi leyblı, aylıq JARA jurnalı, enerji içkisi, “JARA fight shov”un əyləncəli tədbirləri, “Krokus siti”də hər il keçirilən “Ən qızmar yeni il” tədbiri, JARA beynəlxalq musiqi festivalı, “JARA Music Avards” musiqi mükafatı.