Dəniz səviyyəsi 7 metr yüksələcək və… – Dünya böyük təhlükə ilə ÜZ-ÜZƏ

0
264

Şimali Afrikadan Avropaya doğru hərəkət edən isti hava kütləsi qitədə temperaturu rekord dərəcəyə çatdırmaqla yanaşı, yeni bir təhlükə meydana çıxarıb.

İsti hava Qrenlandiya adasına doğru istiqamətlənib.

Dünya Meteorologiya Təşkilatının məlumatına görə, ikinci ən böyük buz kütləsinin yerləşdiyi adada təkcə iyul ayında 160 milyard ton buz əriyib. Bu da 64 milyon olimpik üzgüçülük hovuzunun böyüklüyü qədərdir. Buraya okeandakı ərimələr daxil deyil. Təşkilatın mətbuat katibi Klar Nullis Cenevrədə BMT-nin fövqəladə toplantısında danışarkən Qrenlandiya buzlaqlarının həcmini ölçən Danimarka Qütb Portalına istinadən qeyd edib ki, hava şəraiti təhlükəli nəticələr vəd edir.

Minlərlə ildə toplanan qar təbəqələrinin buza çevrilməsi ilə əmələ gələn Qrenlandiya buzalağı adanın 80%-ni əhatə edir. Buz kütləsinin üst qismi 3 min metrə çatır. toplam həcmi isə 2 milyon 900 min kubkilometrdir. Bu buzlağın tamamilə əriməsi dünyada dəniz səviyyəsinin 7 metr yüksəlməsi anlamına gəlir. DMT-nin hesabatına görə, dünyadakı buzlaqların əriməsinin ən əsas səbəbi antropogen amillərlə bağlıdır.