Çində “Wikipedia” bütünlüklə bloklanıb

0
485
Çin vətəndaşları “Wikipedia”dan istifadə edə bilməyəcək. İnformasiya resursu kimi fəaliyyət göstərən “Wikipedia” yerli hökumət tərəfindən bloklanıb.
Çində “Wikipedia”nın bloklanmasına öncə “Şəbəkə müdaxiləsinə açıq nəzarət” (OONI)-in təmsilçiləri fikir verib.
“Aprel ayında “Wikimedia Foundation” aşkar edib ki, “Wikipedia” resursu Çində işləmir. Bizim daxili trafiklər üzrə hesabatlarımızın analizindən sonra təsdiq edə bilərik ki, “Wikipedia” Çin üçün bütün dillərdə bloklanıb” -, deyə OONI-nin mətbuat katibi bildirib. Məlumata əsasən, bu cür resursların bloklanması Çin üçün heç də gözlənilməz deyil.
Belə ki, daha öncə Çində Wikipedia-nın çin dili versiyası bloklanmışdı. Bu cür bloklanmalar digər informasiya portalları ilə də baş verir.
Çində Wikipedia-nın tam bloklanmasını jurnalistlər 1989-cu ildə Pekinin Tyananmen meydanında baş vermiş tələbə protestlərinin yatırılmasının 30 illiyi ilə əlaqələndirirlər.