Çayın qiyməti bahalaşdı

0
214

İranda iyunun 17-dən 1-ci dərəcəli çayın qiyməti 32%, 2-ci dərəcəli çayın qiyməti 40% bahalaşıb.

Bunu İranın Çay Təşkilatının sədri Həbib Cahansaz deyib.

H.Cahansazın sözlərinə görə, təsərrüfatçılardan 1 kq 1-ci dərəcəli çay yarpağı 36 min rial (rəsmi məzənnə ilə 0,85 dollar, qara bazar məzənnəsi ilə 0,28 dollar), 2-ci dərəcəli çay yarpağı isə 22 min riala (rəsmi məzənnə ilə 0,52 dollar, qara bazar məzənnəsi ilə 0,17 dollar) satın alınır.

Təşkilat rəsmisi əlavə edib ki, indiyədək 2,05 trilyon rial (təxminən 48 milyon dollar) dəyərində 63 min tondan çox çay yarpağı təsərrüfatçılardan satın alınıb:

“Bu qədər çay yarpağından təxminən 14,3 min ton çay emal olunub”.