Bu, həcc ziyarətində qadağan olundu

0
486

Həcc ziyarəti zamanı siyasi, məzhəbsəl şüarların və ifadələrin qarşısı alınacaq.

Bu barədə Səudiyyə Ərəbistanının rəsmi agenliyi SPA məlumat yayıb.

Bildirilib ki, bu barədə vəliəhd Məhəmməd bin Salmanın başçılığı ilə keçirilən Nazirlər Şurasının iclasında qərar verilib.

Toplantıdan sonra yayımlanan bəyanatda zəvvarların ziyarət zamanı yalnız ibadətlə məşğul olmaları tövsiyyə edilib: “Siyasi və məzhəbi danışıqlar heç bir şəkildə qəbul edilməyəcək”.