BMT Ali Komissarı ABŞ-dakı miqrantların və qaçqınların saxlanma şəraitindən dəhşətə gəlib

0
172

 

BMT-nin İnsan haqları üzrə Ali komissarı Mişel Baçelet ABŞ-da miqrantların və qaçqınların saxlanma şəraitindən olduqca dəhşətə gəldiyini söyləyib.

 

Çilili komissar məyusluğunu bu sözlərlə ifadə edib: “İxtisasca pediatr olaraq və keçmiş dövlət başçısı kimi mən uşaqların dolu binalarda döşəmə üzərində yatmasından, onlara zəruri tibbi ləvazimatlarin çatdırılmamasından, habelə olduqca bərbad sanitar şərtlərin yaratdığı mənzərələrdən şok oldum”.

 

Qeyd olunur ki, keçən həftənin 6-cı günü “New York Times” və “El Paso Times” qəzetləri Texas ştatındakı Klinte şəhərində sərhəd patrul stansiyasında çirkli paltar geyinmiş uşaqların olduqca pis sanitar şəraitdə qaldığını xəbər vermişdi.

 

ABŞ prezidenti Donald Tramp isə bütün bunları yalan adlandıraraq jurnalistləri həmin mərkəzlərə dəvət edəcəyini söyləyib. Həmin mərkəzləri ziyarət edən qanunverici palatanın demokrat üzvləri isə uşaqların su olmayan kameralara kütləvi surətdə doldurulduğunu və onlara dərman verilmədiyni deyiblər.

 

Mişel Baçelet bu insanların ləyaqət və müdafiə naminə aclıq və səfalətdən qaçdığını bildirərək hər kəsi həmin insanlara yazığı gəlməyə çağırıb.

 

“Dövlət qeyri-leqal miqrantları tutmaq, saxlamaq və operativ şəkildə deportasiya etmək kimi olduqca dar bir siyasət yürütməməlidir”, – deyə Ali komissar ABŞ-ın indiki rəhbərliyini tənqid edib.