“Bakı 2019”un idman gimnastikası yarışlarında daha iki alət üzrə qaliblər müəyyənləşib

0
243

Bakıda təşkil olunan XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışlarında daha iki alət üzrə qaliblər müəyyənləşib.

Kişi gimnastların dayaqlı tullanma yarışlarında Böyük Britaniya təmsilçisi Reykvon Batist 13,983 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rumıniya gimnastları Robert Burtanete 13,933 xalla gümüş, Qabriel Burtanete (13,833) isə bürünc medala sahib olublar.

Qadınların gimnastika tiri yarışlarında da Böyük Britaniya idmançısı fərqlənib. Belə ki, hakimlərdən 13,666 xal alan Ondin Açamponq yarışı birinci pillədə başa vurub. İlk üçlüyü rumıniyalı Silvian-Mariya Sfirinqu-Qeorqe (13,666 xal) və fransalı Klariss Passeron (13) tamamlayıblar.

Milli Gimnastika Arenasında keçirilən yarışlarda Avropanın 37 ölkəsinin idmançıları mübarizə aparırlar.