Azərbaycanlı şagird İsraildə keçirilən Beynəlxalq Fizika Olimpiadasında bürünc medal qazanıb

0
265

İyulun 7-14-də İsrailin Təl-Əviv şəhərində 50-ci Beynəlxalq Fizika Olimpiadası keçirilib.

Azərbaycanlı məktəblilərin də iştirak etdiyi olimpiadaya 80 ölkədən təxminən 400 şagird qatılıb.

Cəlilabad şəhəri Nizami adına 1 nömrəli məktəb-liseyin XI sinif şagirdi Merac Məmmədov olimpiadanın bürünc medalına layiq görülüb.