Azərbaycan polisi: dövlətçiliyimizin canlı simvolu!

0
763

– O günləri metromuzun İçərişəhər stansiyasında yoxlayıcı polis nəfərinin istidən nəfəsi az qala daralan yaşlı və xəstəhal bir nənəyə yer verdiyini, sonra da yuyurub su dalıyca yuyurub gətirdiyini görmək necə də qürurverici idi!

– İki gecə bundan əvvəl şəhər kənarında idarə etdiyim maşının şininin havası buraxmışdı: polis maşını mənə yaxınlaşdı, iki gənc və hündürboylu, yaraşıqlı polis əməkdaşlarının nə kömək lazim olduğunu soruşaraq maraqlandan ki, əlimdən təkər açmaq belə gəlmir, etirazıma baxmayaraq, köməkləşib problemi aradan qaldırdığına görə sevinməmək, yaxşılığa göz yummaq deyilmi!?

– Əgər uşaqlarım məktəbə və axşam da idman məşqinə rahatca – qorxusuz gedirsə, anam kənddəki evində heç nədən çəkinməyərək, sakitcə təkbaşına yaşayırsa, məgər polis orqanları və qəhrəman polislərimiz simasında vətəndaş olaraq dövlətimə güvəndiyimin mənası deyilmi bu?!

– Beynəlxalq və milli, regional, yerli forumlar, konfranslar, idman yarışları, gənclər və mədəniyyət tədbirlərində hansışa əhəmiyyətli terror, yaxud silahlı basqın baş vermirsə, təhlükəsizlik qurumlarımızla əlaqələndirilərək gecə-gündüz çalışan polis orqanlarımızın nəhəng uğurlu fəaliyyətindən xəbər vermirmi bu fəxredici amillər?!

– Açıq geyinən, yaxud başıörtüklü xanımlarımız gündüz və ya gecə rahatca Azərbaycanımızın hər yerində gəzə, yaxud istirahət edə bilirsə, bu davamlı əmin-amanlığı yaradan polis əməkdaşları deyilmi?!

– Son dəyişiklikdən sonra uzun müddət hüquq-mühafizə orqanlarında – polis rəhbərliyində çalışan peşəkat polis generalı Vilayət Eyvazova DİN-nin sükanı tapşırılırsa, cəmiyyətin müxtəlif təbəqələri ölkə başçısının bu təyinatını sayğıyla qarşılayırsa, məgər bu o demək deyilmi ki, 10 milyonluq əhalinin mütləq əksəriyyəti “Mənim polisim – məni qoruyur!” inamının dirçəlməsinə işarə vermurmi?!

– Dövlət Yol Polisi, eyni zamanda, polisin müxtəlif qanadlarının gərgin fəaliyyəti, məvaciblərinin yetərincə olmasa belə, ağır zəhmətləri
hesabına qanunun aliliyinin necə təmin edilməsinin şahidi deyilikmi? İllərdir bunu arzulamadıq? Piyada keçidlərində varlı-kasıb, hər bir sürücünün qanunlar qarşısında məsuliyyət daşıyaraq vətəndaşlara sayğı göstərməsindən tutmuş, ta polis əməjdaşlarının nəzakətli davranışlarına qədər, dövlətin simvolu deyilmi, sevimli polis nəfərlərimiz?!

– Söz yox, vəzifəsinə və peşə etikasına hörmət etməyən azsaylı polis işçilərinin də qanunsuz əməllərini yaddan çıxartmamağın tərəfdarı olsam da, bu günlərdə iki gənc rus turistu ilə söhbəti əsnasında vurğuladıqları bir məsələni də xüsusi qeyd etmək istəyirəm: “Sizin, bizdəki kimi, hər addımbaşı vətəndaşın pasportu ilə maraqlanan polislərə rəğmən, alicənab polis nəfərlərinə baxanda, azərbaycanlılar əvəzinə biz də sevindik ki, qonşu respublikamızda dünya səviyyəli polis sistemi fəaliyyət göstərir!”

P.S. Məncə, əlavə şərhə ehtiyac qalmadı! Doğrudan da polis sistemində aparılan islahatlar bir daha sübut etdi ki, o, dövlətin görsənən simvoludur!

Aydın Xan Əbilov, İNK baş katibi, YYSİB sədri, yazıçı-kulturoloq