AQTA sədri sahibkarlara çağırış etdi

0
431

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli sahibkarlara çağırış edib.

 

O bildirib ki, heç bir sahibkarlıq subyekti məhsulunun geri qaytarılması ilə bağlı onlara müraciət etməyib:

 

“Sahibkarlar elə hesab edir ki, onlar yararsız məhsullarını geri çağırarlarsa, onların imicinə zərər dəyər. Bu, əsla belə deyil. Dünyada qida sahəsində fəaliyyət göstərən böyük şirkətlər istehlakçılarının hüquqlarını qoruyaraq, məhsullarında nöqsanlar olarsa, geri çağırırlar. Bu, önəmli məsələdir və beynəlxalq standartlara uyğundur.

 

Dəyərli iş adamlarına çağırış edirəm ki, yararsız mallarını geri çağırma prosedurunda iştirak etsinlər. Agentlik tərəfindən yararsız məhsullarla bağlı faktlar aşkarlanmasaydı, adıçəkilən məhsulların satışını təşkil etmək istəyirdilər”.

 

Q.Təhməzli bildirib ki, bioloji fəallığa malik qida əlavələrinə nəzarət məqsədilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış almaqla 22 təsərrüfat subyektində yoxlamalar aparılıb:

 

“Yoxlamalar nəticəsində doqquz sahibkarlıq subyektinə 16 000 AZN cərimə tətbiq edilib, 14 inzibati xəta haqqında protokol tərtib olunub və 21 adda məhsul dövriyyədən çıxarılıb. Ölkəyə “bioloji fəallığa malik qida əlavəsi” adı altında idxalı nəzərdə tutulan, lakin Səhiyyə Nazirliyinin rəyi əsasında dərman vasitəsi olduğu aşkarlanmış 50 adda, həmçinin, təhlükəsizlik tələblərinə cavab verməyən 15 adda məhsulun idxalı, istehsalı və dövriyyəsinin qadağan edilməsi ilə bağlı qərar qəbul edilib”.