Amerikalı müğənni Azərbaycana mahnı həsr etdi – FOTO/VİDEO

0
717

Amerikalı vokal ifaçısı Kendra Morianın şəxsi “İnstagram” hesabındakı Azərbaycanla bağlı paylaşımı izləyicilərin diqqətini çəkib.

Moria lentə aldığı yeni mahnısını Azərbaycana həsr edib.

O, “Atəşgah”da, əbədi məşəlin fonunda çəkdirdiyi fotosu ilə birgə yayımladığı ifasını təqdim edib.

“Alov ölkəsi” başlığı ilə paylaşılan posta izləyicilərin əksəriyyəti xoş və müsbət reaksiyalar veriblər.

Moria Bakı üçün və burada olan dostları üçün çox darıxdığını qeyd edib.

Azərbaycanlı sosial şəbəkə istifadəçiləri müğənninin paylaşımının altında illər öncə burada yaşadığını unutmadığına və xoş xatirələrlə yada saldığına görə, minnətdarlığını bildiriblər.

Qeyd edək ki, Kendra Moria hazırda ABŞ-da ifaçılıq karyerasını davam etdirir. Kendra ailəsi ilə birgə uzun müddət Bakıda yaşayıb. Təhsilini davam etdirmək üçün müğənni yenidən Amerikaya dönmək məcburiyyətində qalıb. O, vətənində Azərbaycan mədəniyyətini və mətbəxini təbliğ edir.

Son dəfə paytaxtımıza 2018-ci ildə səfər edən Morianın Bakıya gəlişinin səbəbi isə “Youthvision-2017” beynəlxalq musiqi yarışmasında iştirakı olub.